Xaçmazın Manafoba kəndində icra başçısı və yerli hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri şəhid Tural Ağcabəyovun ailəsinə baş çəkiblər.
ShimalNews xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.