Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdi riyaziyyat fənni üzrə üçüncü olub. Bu barədə ShimalNews 30 may tarixində məlumat verir.
III sinif şagirdi Araz Məmmədzadə “Kings” Beynəlxalq Olimpiadasında III yerə layiq görülüb. Ona kubok və sertifikat təqdim olunub. Bu münasibətlə şagird və onun müəlliminə təbriklər ünvanlanıb.