Xaçmazlı gənc Zaqatalada keçirilən şahmat olimpiadasında uğur qazanıb. Bu barədə ShimalNews 5 sentyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Xaçmaz şahmat idman məktəbinin yetirməsi Məryəm Məmmədova Respublika Şahmat Olimpiadasında lll yeri tutub. Yarış 16 yaşadək yeniyetmələr arasında keçirilib.
Məryəm diplom və medalla təltif olunub. Gənclər və İdman İdarəsinin kollektivi tərəfindən onun üçün təbriklər səsləndirilib.