Bu gündən başlayaraq Xaçmazda kinozal fəaliyyətini davam etdirəcək. Bu barədə ShimalNews-a 1 sentyabr tarixində məlumat daxil olub.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində saat 19:00-da açılış mərasimi keçiriləcək. Bununla əlaqədar giriş pulsuzdur.
Daha sonra hər həftəsonu (şənbə və bazar) biletin qiymətinin 1 manat olacağı bildirilib. Ətraflı məlumat üçün isə (050) 345-85-43 nömrəsi ilə əlaqə saxlamaq olar.