Xaçmaz rayonunun Sərkərli və Qaraçaycek kəndləri suvarma ilə bağlı illərdir əziyyət çəkir. Bu barədə ShimalNews 29 aprel tarixində məlumat verir.
Sakinlər deyirlər ki, yağış nə vaxt yağsa, bağları onda sulanır. Sərkərlidən Ağçay, Qaraçaycekdən isə Qaraçay keçir. Lakin təsərrüfat suları düzgün bölünmədiyinə görə, quruyan kəndlərə növbə çatmır. Müvafiq qurumlara məsələ ilə bağlı müraciətlər olub. Cavab olaraq, sakinlərə yardım göstərə bilməyəcəkləri söylənilib.