Xaçmazda intihara cəhd qeydə alınıb. Bu barədə ShimalNews 10 avqust tarixində Lent.az-a istinadən məlumat verir.
Məlumata görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində baş verib. 39 yaşlı Bəxtiyar Mahmudov yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb.
Bunu görən həyat yoldaşı çətinliklə də olsa, onu söndürməyə nail olub. B.Mahmudov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.