Xaçmazın Bostançı kəndində sakinlər toy karvanını qeyri adi üsulla dayandırıblar.
“Bizim.Media”-nın məlumatına görə, maşınının qarşısı əncir dolu vedrə ilə kəsilib. Hadisə şahidləri bildirir ki, şirin meyvə yeni ailə quranlara xəşbəxtlik arzulamaq mənasını daşıyır.
Bəy meyvənin pulunu ödəyərək onun hamısını alıb və yolu açıb. Sakinlər toy edən edən gənclərə xeyir-dua verib və toy karvanı Qusarın Muruqoba kəndinə yola düşüb.