Növbədənkənar parlament seçkiləri üzrə 58 saylı Xaçmaz kənd dairəsində səsvermə davam edir.
Dairə sədri Zöhrab Səfərov “Bizim.Media”-ya açıqlamasında bildirib ki, saat 15:00-a olan məlumata görə, ümumi seçicilərin 29.63% səsvermədə iştirak edib. Bu, 14110 nəfər seçicinin səsi deməkdir.
Səsvermə saat 19:00-dək davam edəcək.