Xaçmazda avtomobil piyadanı vurub. Bu barədə ShimalNews 17 avqust tarixində DİN-ə istinadən məlumat verir.
Hadisə Mehrəliqışlaq kəndi ərazisində baş verib. Bakı şəhər sakini E. Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə Zərdab rayon sakini H. Əhmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.