Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə ShimalNews 11 aprel tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Məlum olub ki, meşə fonduna daxil olmayan yaşıllıqlar kəsilib. Bununla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.