Xaçmazda "Vergi bəyannamələrinin hazırlanma qaydaları” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 5 sentyabr tarixində Xaçmaz KOB İnkişaf Mərkəzinə istinadən məlumat verir.
Maarifləndirici təlimə 15 nəfər qatılıb. İştirakçılara əlavə dəyər vergisi (ƏDV) bəyannaməsinin doldurulması qaydaları barədə ətraflı məlumatlar verilib. Bundan əlavə, mənfəət, əmlak, torpaq vergisi bəyannaməsinin doldurulması, sadələşdirilmiş vergi bəyannaməsinin onlayn qaydada doldurulması qaydaları barədə danışılıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.