Xaçmaz rayonunda heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Bu barədə ShimalNews 25 avqust tarixində AQTA-ya istinadən məlumat verir.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar rayon üzrə 4 məntəqədə kəsim qurğuları sökülüb. Nöqsanları olan obyektlər:
- Hacıəlibəyli kəndində yerləşən, Ənvər Qasımova;
- Xaçmaz-Quba yolunda yerləşən, Zəki Yaqubovaya;
- Yergüc kəndində yerləşən, Şıxsəddin Almazova;
- Hacıəlibəyli kəndində yerləşən, Mehdi İsmayılova məxsusdur.
Ənvər Qasımov və Mehdi İsmayılovun sahib olduqları məntəqələr ilə bağlı inzibati protokol tərtib edilib. Bütün obyektlərin qanunsuz metal konstruksiyaları sökülüb.