Xaçmazın Həsənqala kəndi ərazisində tələbələr antik dövrə aid qazıntı işlərinə başlayıblar. Bu barədə ShimalNews 25 avqust tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Müxtəlif ali təhsil müəssisələrində təhsil alan 50 tələbənin iştirak etdiyi arxeoloji düşərgə davam edir. Bu müddətdə iştirakçılar üçün müxtəlif intellektual və əyləncəli oyunlar, idman yarışları, konsert proqramı və digər fəaliyyətlərin təşkili nəzərdə tutulub.
Daha öncə “Gənc ekoloqların yay düşərgəsi”nə start verildiyi haqqında xəbər vermişdik.