Xaçmaz şəhərində mavi yanacağın verilməsində fasilə yaranacaq. Bu barədə ShimalNews 19 aprel tarixində Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Qaz təchizatının dayandırılmasına səbəb qaz xətti üzərindəki qaz təmizləyici qurğunun girişində Dş100 mm-lik siyirtmənin Dş150 mm-lik siyirtmə ilə əvəz edilməsidir. Fasilə aprelin 19-u saat 10:00-dan 17:00-dək davam edəcək.
Sözügedən qaz kəmərindən 25.773 abonentin qazla təchizatı təmin edilir.