Xaçmazda biçilmiş taxıl sahəsi alışıb. Bu barədə ShimalNews 11 avqust tarixində Apa-ya istinadən məlumat verir.
Məlumata görə, yanğın Sibiroba kəndində qeydə alınıb. Sahədə başlayan yanğın daha sonra kol-kosluq əraziyə keçib. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi işləri davam etdirilir.