Bu gün polis əməkdaşının ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub. Bu barədə ShimalNews 3 sentyabr tarixində Unikal.az-a istinadən məlumat verir.
Dünyasını dəyişən polis serjantı Elvin Mürsəlzadə Xudat Polis Bölməsinin əməkdaşı idi. O, içkili vəziyyətdə yüksək sürətlə idarə etdiyi avtomobili yolun kənarındakı ağaca çarpıb. Elvin hadisə yerində ölüb.
Qəza 27 yaşlı polis əməkdaşının dostuna aid "Hyundai" markalı avtomobilini idarə edən zaman baş verib.