Bu gün Xaçmazdan olan şəhid İlqar Hüseynlinin anım günüdür. Bu barədə ShimalNews 9 oktyabr tarixində məlumat verir.
İlqar Hüseynli 6 oktyabr 1976-cı ildə Xudat şəhərində anadan olub. O, Vətən müharibəsində piyadaların döyüş maşınının komandiri idi. Oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Xudat şəhərində dəfn edilib.
Ölümündən sonra qəhrəmanımız 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!