Xaçmazda Xurşidbanu Natəvanın yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu haqda ShimalNews 6 sentyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
"Azərbaycan qadınının parlaq nümunəsi" mövzusunda məlumat günü Ağyazı kənd kitabxana filialında təşkil edilib. Azərbaycan şairəsinin 190 illik yubileyinə həsr olunan tədbirdə məktəblilər iştirak ediblər. Onlar şairənin həyat və yaradıcılığı ilə tanış olublar.