Xaçmazda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 22 avqust tarixində Report-a istinadən məlumat verir.
Nabran kəndindəki istirahət mərkəzlərindən birinin qarşısında ana və qızını “Chevrolet” markalı minik avtomobili vurub.
33 yaşlı Səbinə Barinova və 11 yaşlı Sabrina Barinova Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.