Xaçmazda yerləşən kitabxanaların birində ucadan oxu saatı keçirilib. Bu barədə ShimalNews 19 avqust tarixində Xaçmaz RMİ-yə istinadən məlumat verir.
“Haqqı hayqıran şair - Əhməd Cavad” adlı tədbir MKS-in Qımılqışlaq kənd kitabxana filialında baş tutub. Burada keçirilən oxu saatı milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar təşkil edilib.
Daha öncə tanınmış şairin yubileyi ilə əlaqədar Rayon Mərkəzi kitabxanasında tədbir baş tutmuşdur.