İzmayılovka adlanan ərazidə fiziki zorakılıq hadisəsi baş verib. Bu barədə ShimalNews 6 iyul tarixində Report-a istinadən xəbər verir.
Məlumata görə, rayon sakinləri: 68 yaşlı Z.Həsrətova və onun oğlu, 39 yaşlı P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülüblər. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.