Xaçmazda intihar hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 26 avqust tarixində məlumat verir.
Yergüc kəndində saat 23:00 radələrində 37 yaşlı Həzrət Şıxəmirov özünü asıb. Cəsəd Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra tibbi ekspertizaya göndərilib.
Məlumata görə, həmin şəxs su idarəsində çalışırdı.
Faktla bağlı araşdırma başlanıb.