Xaçmaz rayonunun Şərifoba və Uzunoba kəndləri ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. Bu barədə ShimalNews 17 avqust tarixində Trend-ə istinadən məlumat verir.
Rayon polis şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçiriblər. Nəticədə ümumi çəkisi 1510 kiloqram olan 3313 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.