Xaçmazın Qaraçı kəndində narkotik tərkibli bitkilər aşkar edilib. Bu haqda ShimalNews 5 avqust tarixində xəbər verir.
Polis əməkdaşları “Xaş-xaş–2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə ümumi çəkisi 1 ton 671 kiloqram olan 1342 ədəd çətənə kolu yandırılaraq məhv edilib.