Xaçmazda ötən gün ərzində iki yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 18 avqust tarixində məlumat verir.
Yanğınların biri şəhər ərazisində qeydə alınıb. Burada həyətyanı sahədə yığılan 3 ton ot bağlaması yanıb.
Digər hadisə isə Sabiroba kəndində baş verib. Ümumi sahəsi 18 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan ot bağlamasının 1 tonu yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər alovun digər obyektlərə keçməsinin qarşısını alıblar.