Xaçmazda 2 hektardan çox ərazi yanıb. Bu barədə ShimalNews 3 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Sayad kəndində baş verib. 2 ha ərazisi olan həyətyanı sahədə quru ot, kol-kos, qonşu həyətyanı ərazidə 5 ton ot bağlaması, yaxınlıqda, ümumi sahəsi 18 kv.m olan talvarın yanar konstruksiyaları, altına yığılan 9 ton ot bağlaması və ümumi sahəsi 72 kv.m olan talvarın taxta atmaları yanıb.
Əraziyə cəlb edilən FHN əməkdaşları qonşu evləri yanğından mühafizə edə biliblər.