Xaçmaz rayon sakini oğurluğa görə Bakı şəhərində tutulub. Bu barədə ShimalNews 24 avqust tarixində DİN-ə istinadən xəbər verir.
Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Y.Rzayev saxlanılıb. O, 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır