Xaçmaz şəhər sakini yaşadığı evdə dəm qazından zəhərlənib. Bu haqda ShimalNews 12 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Məlumata görə, 30 yaşlı Vüsal Məbudov ailə üzvlərinin köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsindən sonra zəhərlənən şəxsin vəziyyəti normallaşıb.