Xaçmazdan olan şəhid Elşən Ağasıyevin ailəsi ziyarət edilib. Bu barədə ShimalNews 5 oktyabr tarixində Xaçmaz Şəhər İƏD-yə istinadən məlumat verir.
Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi Emin Ağayev, Vətən müharibəsinin qazisi Vüqar Asaliyev, sahibkar Şamil Orucov şəhid ailəsinə baş çəkiblər. Qonaqlar Elşənin ailəsi ilə birgə Şəhidlər xiyabanını ziyarət edərək qəhrəmanlarımızın xatirəsini yad ediblər.
Əsgər Ağasıyev Vətən müharibəsi zamanı Talış və Suqovuşan uğrunda döyüşlərin iştirakçısı olub. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib. O, ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.