Xaçmaz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı açıqlama verilib. Bu barədə ShimalNews 13 aprel tarixində məlumat verir.
Məsələ ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb ki, ağaclar məhv edilib. Xaçmaz şəhər İƏD bu məlumatı təkzib edib. Bildirilib ki, park və xiyabanların ərazisində bitkilərə mövsümi qulluq göstərilir. Yayılan məlumatlar həqiqəti əks etdirmir.