Xaçmaz rayonunda Sərhəd Mühafizəsinin yaradılmasının 105 illiyi münasibətilə tədbir keçirilib. Bu haqda ShimalNews 17 avqust tarixində məlumat verir.
Tədbirdə icra hakimiyyətinin rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Xudat" Sərhəd dəstəsinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.