Xaçmazın icra başçısı Elnur Rzayev Çarxı kəndində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 11 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Sakinlər yaşayış binasının qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyu ilə təchizat, eləcə də digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
E.Rzayev sakinləri narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.