Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev vətəndaş qəbulu keçirib. Bu haqda ShimalNews 24 iyul tarixində məlumat verir.
Görüşdə icra başçısı, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyələr iştirak ediblər. Sakinlər işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, qaz xəttinin çəkilişi və digər mövzulara dair müraciətlərini səsləndiriblər. Onlardan bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.