Xaçmaz rayon sakininin avtomobilindən 457 qramdan artıq marixuana aşkar edilib. Bu barədə ShimalNews 30 sentyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Quba RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə M.Bayramovun idarə etdiyi “VAZ-21099” markalı nəqliyyat vasitəsindən narkotik vasitə aşkar edilərək götürülüb.