Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahlar Ağayevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib. Bu haqda ShimalNews 27 iyun tarixində məlumat verir.
Ağayev Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilib. Onun nəşi rayonun Ağçay kəndində ailəsinə təhvil verilib. Hazırda vida mərasimi keçirilir. O, kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü il noyabrın 12-də Xaçmaz rayonunun Ağçay kəndində anadan olub. 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.