Xaçmaz rayonunda köməksiz vəziyyətdə qalan at xilas olunub. Bu barədə ShimalNews 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Müzəffəroba kəndində atın dərinliyi təqribən 2 metr olan quyuya düşməsi barədə məlumat FHN-in "112" qaynar telefon xəttinə daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb edilib.
Nəticədə heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.