Xaçmaz rayonun meşələrində iməciliklər davam edir. Bu barədə ShimalNews 25 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Təmizlik işləri Xudat meşəbəyliyində baş tutub. Tədbirdə yerli əhali, dövlət qurumlarının və təşkilatların əməkdaşları iştirak ediblər.
Ekologiya Nazirliyi hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə çağırır.