Xaçmazda yanğın baş verib. Bu barədə ShimalNews 1 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Köhnə Xaçmaz kəndində qeydə alınıb. Ümumi sahəsi 35 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Yanğınsöndürənlər alovu söndürərək tövlənin qalan hissəsini yanğından mühafizə ediblər.