Xaçmaz KOB İnkişaf Mərkəzində “Satış bacarıqları” mövzusunda maarifləndirici təlim keçiriləcək.
ShimalNews xəbər verir ki, təlim avqustun 27-si saat 10:00-da Ceyhun Ağabəyovun təqdimatında baş tutacaq. İştirak etmək istəyənlər (+994) 050 752 16 36 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Mərkəz tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.