Xaçmazda yanğın baş verib. Bu barədə ShimalNews 5 sentyabr tarixində məlumat verir.
Hadisə ötən gün saat 15:00 radələrində İstisu qəsəbəsində qeydə alınıb. Burada yol qırağında olan quru kol-kos və qamışlıq yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb ediliblər və yanğının yayılmasının qarşısını alıblar.