Xaçmaz rayonunda iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 24 avqust tarixində məlumat verir.
Hadisə Qusarçay kəndində qeydə alınıb. Burada “Daewoo” markalı minik avtomobili “Fiat Doblo” ilə toqquşub. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb ediliblər.
Xəsarət alanların vəziyyəti haqda məlumat yoxdur.
Hazırda ərazidə avtomobil sıxlığı müşahidə edilir.