Xaçmazlı Milli Qəhrəman Yavər Şahbazovun əməliyyat olunan anası ziyarət olunub. Bu barədə ShimalNews 1 oktyabr tarixində rayon icra hakimiyyətinə istinadən xəbər verir.
İcra başçısı Elnur Rzayev Çaykənarı kəndində yaşayan Şahbazovun ailə üzvləri ilə görüşüb. O, əməliyyat olunan Gülşən Şahbazovanın səhhəti ilə maraqlanıb. Burada onlar həmsöhbət olublar.
Yavər 1973-cü il noyabrın 1-də Qıraqlı kəndində anadan olub. O, 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla həlak olub.