Xaçmaz rayon icra başçısı şəhid Anar Mürsəliyevin ailəsini ziyarət edib. Bu barədə ShimalNews 28 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Anım günündə Elnur Rzayev 20 yaşında şəhidlik zirvəsinə ucalan hərbi qulluqçunun ailəsinin qayğıları və ehtiyacları ilə maraqlanıb.
Anar Mürsəliyev döyüş xidmətlərinə görə "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.