Xudat şəhərində yerləşən parkda yenidənqurma işləri aparılır. Bu barədə ShimalNews 30 avqust tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
1.5 ha sahəsi olan Nizami Gəncəvinin adını daşıyan parkda yenidənqurma və abadlıq işləri davam etdirilir. Aparılan işlərlə tanış olmaq üçün icra başçısı Elnur Rzayev əraziyə baxış keçirib.
Parkda dahi şairin heykəli ucaldılacaq. 2500 kv.m əraziyə tamet döşənəcək, yaşıllıqlar və gül kolları salınacaq, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq.