Xaçmazda şəhidlərin məzarı ziyarət edilib. Bu haqda ShimalNews 8 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Xudat şəhəri, Köhnə Xudat və Fərzəlioba kəndlərində dəfn edilmiş şəhidlərin məzarları üzərinə İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə birlikdə güllər düzüb, ruhlarına dualar oxuyub.
Xudat şəhərində abidə kompleksinin ətrafındakı şəhid lövhələri önündə də gül-çiçək dəstələri düzülüb.