Xaçmazda "Dil öyrənmə texnikaları" təlimi keçiriləcək. Bu barədə ShimalNews 5 sentyabr tarixində Xaçmaz GİKM-ə istinadən məlumat verir.
Seminar zamanı təlimçi qismində ingilis dili müəllimi Lalə Qədirova çıxış edəcək. Təlim zamanı xarici dillərin öyrənilməsi zamanı lazım olan texnika və metodlar haqqında məlumat veriləcək.
Tədbir 7 sentyabr saat 15:00-da Xaçmaz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.