Xaçmazda daha 3 ət kəsimi və satışı məntəqəsində nöqsanlar aşkar edilib. Bu haqda ShimalNews 1 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
| 1 | Abbasov Zamik Alim oğlu | Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi | İnzibati protokol tərtib edilib |
| 2 | Ağayev Eynulla Gülü oğlu | Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi | İnzibati protokol tərtib edilib |
| 3 | Ağayev Abdulla Hüseynağa oğlu | Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi | İnzibati protokol tərtib edilib |