Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 25 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Dədəli kəndində həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Ətrafdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.