Xaçmazda yanğın baş verib. Bu haqda 25 aprel tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Çarxı kəndində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan hinin yanar konstruksiyaları alovlanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər bitişik tikililəri yanğından mühafizə ediblər.