Bu gün daha bir şəhidimiz Xaqani Əsgərovun mövlud günüdür.
Xaqani 27 avqust 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. İgidimiz 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Xaqani torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhməranımız Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb.
Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.